RSLOGIX5000/CONTROLOGIX5000


RsLOGIX5000 ALLEN BRADLEY kompaniyasına məxsus olan PLC proqramlama dilidir. Bunun vasitəsilə, CompactLogix, ControlLogix kimi dövrümüzün sənayelərində ən çox tədbiq olunan PLC – ləri proqramlamaq mümkündür.

RsLOGIX5000 istehsalat prosesinin avtomatlaşdırılması zamanı mövcud olan bütün fazaları əhatə edir ki, bunlar aşağıdakılardır:
– proyektin yazılması
– hardware və kommunikasiya parametrlərinin müəyyən olunması
– proyektin test olunması
– onun PLC yə yüklənilməsi
– istehsalat prosesi zamanı yarana biləcək xətaların tapılması və onun aradan qaldırılması
PLC təlimçisi bacardığı qədər bu video dərslikləri ətraflı hazırlayıb. Lakin bu kursa başlamamışdan qabaq, sizin PLC barədə ilkin bilikləriniz olmalıdır (bunun üçün “PLC Kursu” kursumuzu izləyə bilərsiniz).
RsLogix5000- pullu proqramdır. Bu kursa başlamamışdan qabaq proqramın kompüterinizdə olmağı güman olunur.

 
 

Difficulty: Intermediate

Categories:

Course Instructor

Sanan Aliyev Sanan Aliyev Author

 

Leave a Comment