Bu video dərslik Sübhan Musayev tərəfindən blog yaratmağı öyənənlər üçün hazırlanmışdır.

Blog nədir ?

Blog – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən ‎alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. 2002-ci ilin noyabr ayında tanınmış sahibkar Devid Sifri tərəfindən boqlar üçün ilk axtarış sistemi – Technorati yaradıldı. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək ‎olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində ‎bloq müəllifi ilə oxuyucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə ‎video, mp3, kiçik chat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır. ‎ Bloqlar internet istifadəçiləri arasında fikir, məlumat mubadiləsinin artmasında çox əhəmiyyətlidir. ‎Fikir və düşüncələrlə yanaşı bəzi materialların və məlumatların paylanmasında da rol oynayır. ‎Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına ‎daxil olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz sevdiklərinə çox vaxt bloqlar ‎vasitəsiylə həyata keçirmişlər. Və daha sonradan isə bloq sistemi yayılaraq hər bir insana öz sözünü ‎deməyə şərait yaratdı. Bloq hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir. ‎ Bloqdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni ‎bloglarda hər sahə üzrə yazılar və maraqlı məlumat, materiallara rast gəlmək olar. ‎ Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni ki, bir tək müəllifə aid olur. Bəzən isə qrup ‎şəklində, bir necə müəllif tərəfindən yazılar yazılır.‎

Course Information

Difficulty: Beginner

Categories:

Course Instructor

Subhan Huseynov Subhan Huseynov Author
 

Leave a Comment