HTML

HTML video dərsliklər

Bu video dərsliklər HTML-i yeni öyrənənlər üçün Kamil Niftaliyev tərəfindən hazırlanmışdır. HTML (ing. Hypertext Markup Language) — brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir. Bütün veb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompyuterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. Hipermətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi ilə göstərilir.

Course Information

Difficulty: Beginner

Categories:

Course Instructor

Kamil Niftaliyev Kamil Niftaliyev Author

Pulsuz

FREE
 

Leave a Comment