LogixPro PLC Simulyator

LogixPro PLC Simulator

LogixPro PLC Simulator, PLC – ni öyrənənlər üçün əvəzsiz rola malikdir. Hansı ki, bu program sizə imkan verir ki, PLC nin iş prinsipini, programlama elementlərinin iş prinsipini daha yaxşı öyrənəsiniz və hər hansı bir proses üçün program yazma və ya programlama bacarığınızı inkişaf etdirəsiniz. LogixPro Simulyatorunun bir çox üstünlükləri var. Ən əsas üstünlüyü ondan ibarətdir ki, burda 9 ədəd müxtəlif tipli prosesin simulyasiyası yerləşdirilib. Və siz istədiyiniz prosesin simulyasiyasını seçərək onun programını yaza bilərsiniz və eyni zamanda visual olaraq onu test edə bilərsiniz. Və təbii ki, bu programın yazılmasının müxtəlif yolları var. Yəni fərqli programlama elementlərindən istifadə edərək bir proses üçün programı müxtəlif variantlarda yazmaq olar. Təbii ki, bu – programı yazanın praktikasından və ya təcrübəsindən asılıdır. Siz burda programları yazaraq, PLC programlama barədə böyük təcrübə toplaya bilərsiniz və programlama texnikası bacarığınızı artıra bilərsiniz.

LogixPro PLC proqramında aşağıdakı proseslərin simulyatorları verilmişdir:

  • İ/O Simulator – bu simulyator hər hansı bir proses deyil. Gördüyünüz kimi burda PLC nin giriş çıxış modulları göstərilib. Və giriş modulunun kanallarına açarlar qoşulub, çıxış modulunun kanallarına isə lampalar qoşulmuşdur. Burda əsas məqsəd, programlama elementlərinin iş prinsipini öyrənməkdir. Və eyni zamanda siz burda hər hansı bir programı yazıb test edə bilərsiniz.
  • Door Simulator – şəkildən göründüyü kimi burda qarajin qapısnın açılıb bağlanması prosesidir.
  • Silo Simulator – bu prosesdə qutuların çəndəki maye və ya hər hansı bir materialla doldurularaq konveyor vasitəsilə ötürülməsi prosesidir.
  • Traffic Simulator – İşıqforun simulatoru. Yəqin ki burdakı proses hamıya aydındır. PLC Kursu videolar seriyasında mən bir tərəfli yolun işıqforunun simulyatorunun programının yazılmasını göstərdim. Indi isə bunu hər iki tərəf üçün edəcəm
  • Batch Simulator – burda bir ədəd çən verilmişdir. Və mayelər bu 2 boru vasitəsilə çənə doldurulur. Daha sonra isə qarışdırılaraq qızdırılır. Və alınan məhlul çıxış borusu vasitəsilə ötürülür.
  • BCD İO Simulator – Burda PLC nin giriş elementinə daxil edilmiş rəqəmin çıxış elementinə qoşulmuş 7 seqmentli displey vasitəsilə əks olunması prosesi göstərilib
  • Dual Compressor Simulator – burda 2 kompressorlu hava balonun simulatoru göstərilib. Hansı ki, biz burda 2 kompressorun paralel işləyərək düşən yükün paylaşması programını yazacağıq.
  • Bottle Line simulator – burda şüşə boruların və ya butulkaların konveyor vasitəsilə ötürülüb maye ilə doldurularaq qapağının vurulması prosesi göstərilib.
  • Ən axırıncı simulyator isə Elevator Simulator – və ya lift simulyatorudur.
 

Course Information

Difficulty: Intermediate

Categories:

Course Instructor

Sanan Aliyev Sanan Aliyev Author

LogixPro

 

2 thoughts on “LogixPro PLC Simulyator”

Leave a Comment