Kursa yazılma şərtləri

I. Ümumi müddəalar

Xahiş olunur, aşağıdakı “istifadə qaydaları”nı diqqətlə oxuyasınız. Burada yazılanlar sizin bu web sayta – “onlineoyren.com” a daxil olmaq və istifadə etməyinizi tənzimləmək üçün  qaydalardır.

Bu qaydalarda istifadə olunan əsas anlayışlar bunlardır:

  • Sayt: “onlineoyren” kursu və ya web saytı;
  • Xidmət: saytda göstərilən video, audio, sənəd, dərslik və s;
  • Xidmətdən yararlanan istifadəçi: saytda qeydiyyatdan keçərək göstərilən xidmətlərdən yararlanan şəxs;
  • Xidmət təklif edən istifadəçi: xidmətin yaradılmasında və sayta yerləşdirilməsində bilavasitə iştirak edən şəxs;
  • Username: sayta daxil omaq üçün istifadə edilən ad;
  • Password: sayta daxil olmaq üçün istifadə edilən şifrə;

Siz aşağıda yazılanları oxuyaraq razılaşırsınız ki, bu “istifadə qaydaları”na əsasən göstərilmiş şəkildə saytdan və ya xidmətlərdən yalnız şəxsi məqsədlər üçün istifadə etmək hüququna maliksiniz. Siz saytda sizin istifadənizə verilmiş hüquq və öhdəlikləri başqasına icarəyə verməyəcək, satmayacaq və ya hər hansı başqa yolla başqalarına ötürməyəcəksiniz.

 

II. “Xidmətlərdən yararlanan istifadəçi”nin hüquqları

Xidmətdən yararlanan istifadəçilərin aşağıdakı hüquqları var:

  1. Saytın istifadəsi ilə bağlı məlumat tələb etmək;
  2. Göstərilən xidmətlərin tərkibi ilə bağlı öncədən məlumat almaq;
  3. Bilavasitə xidmət göstərən şəxsə göstərilən xidmətlərlə bağlı sual ünvanlamaq və cavabını almaq (Əgər kurs pulsuzdursa, bilavasitə xidmət göstərən şəxs sualı cavablandırmağa məcbur deyil);
  4. Bilavasitə xidmət göstərən şəxsdən həmin xidmətin keyfiyyətli və dəqiq olmasını tələb etmək ;
  5. Saytla bağlı hər hansı bir problem yaranarsa və ya şikayəti varsa onu email yolu ilə saytın adminlərinə ünvanlamaq və cavabını almaq;
  6. Saytda qeydiyyat zamanı daxil etdiyi məlumatları (“Username” dən başqa) dəyişmək
  7. Öz istəyi ilə saytdakı hesabını birdəfəlik ləğv etmək;
  8. “Username” və ya “password” un ələ keçirildiyindən şübhələndiyi təqdirdə bu barədə saytın təşkilatçılarına xəbər vermək;

 

III. “Xidmətlərdən yararlanan istifadəçi”nin vəzifələri və öhdəlikləri

Istifadəçi aşağıda qeyd olunmuş şərtlərə heç bir etirazının olmadığını və buna görə heç bir təzminat tələb etməyəcəyini qəbul və təsdiq edir:

  1. Saytda qeydiyyat zamanı özünə aid bütün məlumatların (email, telefon, ad, ünvan və s.) doğru olduğunu və bu məlumatların lazım olduğu təqdirdə səhf olmasından yarana biləcək zərərlərdən özünün məsuliyyət daşıdığını;
  2. Saytın göstərdiyi xidmətləri icazəsiz yayma, kopyalama, kirayə etmə və s. bu kimi xoşa gəlməz hallar nəticəsində sayta dəyəcək zərərləri qeyd-şərtsiz qarşılamağı;
  3. Şəxsi bilgilərinin özünün səhfi üzündən başqa şəxslər tərəfindən ələ keçirilməsində yarana biləcək səbəblərdən saytın təşkilatçılarının məsuliyət daşımadığını;
  4. Saytdan istifadə zamanı zəmanət verir ki, ədəbsiz, pornoqrafik, hədələyici, irqçi, təhlükəli, təhqiredici, iftiralı, sirri aşkarlayan, (müəllif hüquqları daxil olmaqla) hər hansı intellektual mülkiyyət hüququnu pozan və ya başqa şəkildə etiraza səbəb olan, Azərbaycan Respublikasının və Beynəlxalq Anlaşmaların qanunlarına zidd; mülki və ya cinayət məsuliyyətinə cəlb edilməyə səbəb ola biləcək, “onlineoyren” web saytının və ya saytdakı digər istifadəçilərin kompüterlərinə zərər vura biləcək və s. bunun kimi xoşa gəlməz hallara səbəb ola biləcək hallara yol verməməyi;
  5. Saytdan istifadə zamanı sayt tərəfindən əldə edilən bilgilərin tamamilə öz razılığı əsasında verildiyini, öz kompüterinin yaradacağı xətalar, bilgi, məlumatların itirilməsi, internetin itməsi və ya digər hər hansı bir problemdən saytın təşkilatçılarının heç bir məsuliyyəti olmadığını;
  6. Göstərilən qanunlara əməl etmədiyi təqdirdə saytın adminləri tərəfindən “Username” və “Password” əlindən alınaraq kursdan kənarlaşdırıla biləcəyini;
  7. “Username” və “Password” dan istifadə edərək gördüyü işlərin üçüncü şəxs tərəfindən edildiyini iddia etməyəcəyini, istifadəçi adının və parolunun gizli olması üçün diqqətli olacağını, üçüncü şəxsə verməyəcəyini, və buna görə istifadəçi adının və parolunun üçüncü şəxs tərəfindən ələ keçirilərək isitifadə edilməsi səbəbindən yarana biləcək zərərlərdən saytın təşkilatçılarının məsuliyyət daşımadığını;
  8. Saytın təklif etdiyi xidmətlərdən yararlanarkən istifadə etdiyi kredit kartının (master, visa və s.), özünün qanuni kredit kartı olduğunu, bu kartı hər hansı bir qeyri qanuni yolla əldə etmədiyini;
  9. Özü tərəfindən sayta təqdim edilən hər hansı bir məlumatın sayt tərəfindən qəbul edilib edilməyəcəyi haqqını özündə saxladığını və sayta təqdim edilən razılaşdırılmamış hər hansı bir bilgidən (şərh, izahat və s.) ötrü təzminat tələb etməyəcəyini;
  10. Saytın göstərdiyi xidmətləri yüklədiyi zaman kompüterinə hər hansı bir zərər gəldiyi zaman və ya kompüterinə virus və ya başqa pis məqsədlər üçün istifadə edilən kodların düşməsini irəli sürərək saytın təşkilatçılarının heç bir məsuliyyət daşımadığını;
  11. Sayt tərəfindən göstərilən xidmətlər əksər hallarda digər istifadəçilər tərəfindən kursda yerləşdirildiyi üçün, göstərilən xidmətlərin tərkibi, verilən suallar və cavablar və digər bunun kimi məsələlərin doğruluğuna görə saytın təşkilatçılarının məsuliyyət daşımadığını;
  12. Fors-Major hallarda (zəlzələ, yanğın, sel və s. kimi təbii fəlakətlər və ya savaş, terror və s.) və ya internetin verilməsində problem yarandığı zaman meydana gələ biləcək və saytın əlində olmayan səbəblərdən göstərilən xidmətin verilməməsi vəziyyətində saytın təşkilatçılarının heç bir məsuliyyət daşımadığını;

 

IV. “Xidmət təklif edən istifadəçi”nin hüquqları

“Xidmət təklif edən İstifadəçinin hüquqları”na “Xidmətlərdən yararlanan İstifadəçinin hüquqları” da daxil olmaqla aşağıdakı bəndlər əlavə edilir.

  1. Sayt vasitəsilə xidmət göstərmək istədiyini email vasitəsilə və ya telefonla saytın təşkilatçılarına məlumat vermək;
  2. Göstərdiyi xidmətin məbləğini (manatla) saytın təşkilatçıları ilə email yolu ilə razılaşdırmaq;
  3. Göstərdiyi xidmətin yerləşəcəyi elektron yaddaş yerinin özü tərəfindən və ya sayt tərəfindən olmasını müəyyən etmək;

 

V. “Xidmət təklif edən istifadəçi”nin vəzifələri və öhdəlikləri

“Xidmət təklif edən İstifadəçinin vəzifələri və öhdəlikləri”nə “Xidmətlərdən yararlanan İstifadəçinin vəzifələri və öhdəlikləri” də daxil olmaqla aşağıdakı bəndlər əlavə edilir.

Istifadəçi aşağıda qeyd olunmuş şərtlərə heç bir etirazının olmadığını və buna görə heç bir təzminat tələb etməyəcəyini qəbul və təsdiq edir:

  1. Göstərdiyi xidmətin ümumi məbləğinin vergi də daxil olmaqla 20 faizinin saytın hesabına köçürüləcəyini;
  2. Saytın hesabına köçürüləcək faiz dərəcəsinin sayt tərəfindən qabaqcadan xəbərdarlıq etmək şərtilə tək tərəfli olaraq dəyişdirilə biləcəyi hüququnun olmasını;
  3. Sayt vasitəsilə göstərdiyi xidmətlərin keyfiyyətinin yüksək, audio və ya video görüntülərin aydın və kəsintisiz, verilmiş informasiyanın dəqiq və düzgün, verdiyi məlumatın göstərdiyi xidmətin tərkibi ilə uyğun olacağını öhdəliyinə götürür. İstifadəçi, buna görə göstərdiyi xidmətlərdən yararlanan digər isitifadəçilər tərəfindən yaranmış etirazlardan və təzminat tələbindən birbaşa özünün cavabdeh olduğunu, buna görə saytın təşkilatçılarının heç bir məsuliyyət daşımadığını;
  4. Sayt vasitəsilə göstərdiyi xidmətlərin tərkibində aşağıda yazılanların olmamasına zəmanət verir:

ədəbsiz, pornoqrafik, hədələyici, irqçi, təhlükəli, təhqiredici, iftiralı, sirri aşkarlayan, (müəllif hüquqları daxil olmaqla) hər hansı intellektual mülkiyyət hüququnu pozan və ya başqa şəkildə etiraza səbəb olan və ya Azərbaycan respublikasının və Beynəlxalq Anlaşmaların qanunlarına zidd; mülki və ya cinayət məsuliyyətinə cəlb edilməyə səbəb ola biləcək, “onlineoyren” web saytının və ya saytdakı digər istifadəçilərin komputerlərinə zərər vura biləcək və s;

  1. Sayt vasitəsilə göstərdiyi xidmətlərdən yararlanan digər isitifadəçilər tərəfindən yaranmış sualların, qaranlıq qalan və ya aydın olmayan məsələlərin izahının və ya cavabının verilməsinə görə birbaşa məsuliyyət daşıdığını;

 

VI. “Onlineoyren” kursunun hüquqları

“Onlineoyren” kursu aşağıda sadalanan hüquqlara malikdir:

  1. Özünün yaratdığı və ya üçüncü şəxslər tərəfindən əldə etdiyi xidmətlərin (video, audio, sənəd, dərslik və s.) mülkiyyət və müəllif hüququna;
  2. Xidmətlərin tərkibini və qiymətini dəyişmək (qiymət dəyişimi bu dəyişimindən qabaq həmin xidmətdən yararlanan istifadəçiyə şamil edilmir);
  3. Xidmətlərin göstərildiyi web saytının adını, görünüşünü və tərkibini istədiyi zaman dəyişmək;
  4. İstifadəçinin burda göstərilən qaydalara əməl etmədiyi təqdirdə dərhal tək tərəfli olaraq saytdan kənarlaşdırmaq;
  5. Tək tərəfli olaraq bu anlaşmanı dəyişmək, yeni maddələr əlavə etmək və ya çıxarmaq (yeni maddələrin hökmü bu əlavədən qabaq həmin maddələri oxuyaraq təsdiq/qəbul edən istifadəçiyə şamil edilmir);
  6. Hər hansı bir zamanda sistemin işləməsini və xidmətlərin göstərilməsini müvəqqəti olaraq üzrlü səbəblərdən (texniki xidmət, dəyişiklik və.s) və ya hər hansı bir ciddi səbəblərdən (mülkiyyət hüququnun pozulması, göstərilən xidmətlərdə yuxarıda sadalanan qanunlara zidd halların aşkarlanması və s. ) birdəfəlik dayandırmaq;
  7. “Xidmət təklif edən İstifadəçi” lər tərəfindən göstərilən xidmətlərdən saytın hesabına köçürüləcək məbləğin faiz dərəcəsini qabaqcadan xəbərdarlıq etmək şərtilə birtərəfli olaraq dəyişmək;

 

VII. “Onlineoyren” kursunun vəzifələri

“Onlineoyren” kursu aşağıda sadalanan vəzifələrə malikdir:

  1. İstifadəçinin saytla bağlı yaranmış suallarına aydınlıq gətirmək;
  2. İstifadəçini kursdan istifadə qaydaları ilə təmin etmək;
  3. Istifadəçiyə xidmətlərdən yararlanmamışdan qabaq onlar barədə məlumat vermək;
  4. Göstərilmiş xidmətlərin keyfiyyətinə dəqiqliyinə və kəsintisiz olmasına nəzarət etmək;
  5. İstifadəçinin sorğusu əsasında onun qeydiyyat məlumatlarını (“Username” dən başqa) yeniləmək;
  6. “Xidmət təklif edən İstifadəçi” lərə göstərdiyi xidmətləri təhlükəsiz yerləşdirmək üçün yaddaş yeri təmin etmək;
  7. “Xidmətdən yararlanan İstifadəçi” lərlə “Xidmət təkilf edən istifadəçi” lər arasında əlaqə yaratmaq;